Niyə mənzil alan yoxdur?

15 2017 21:10

Mənzil alqı-satqısı bazarında durğunluq yaşanır. Əmlakçılar bu vəziyyətin hələ bir müddət davam edəcəyini bildirir. Ev tikmək istəyənlər üçün də xəbərimiz var. Torpağın satış qiymətindən danışacağıq... Mingəçevirdə mənzil alan azdır. Əmlakçılar bunu mənzil bazarındakı bahalaşma ilə əlaqələndirir. Misal üçün, 3 ay öncə Leninqrad layihəli yaşayış binasında 1 otaqlı mənzilin qiyməti 24-25 min manat arasında satılırdı. İndi bu qiymət 27-32 min manat arasında dəyişir. Əvvəllər şəhərin mərkəzi küçəsində 38-40 min manata satılan 2 otaqlı mənzil hazırda müştərilərə 43-45 min manata təklif olunur.Əmlakçı Vüqar İbrahimov da son zamanlar mənzillərin bahalaşdığını deyir. Əmlakçı torpağın da satış qiymətinin yüksəldiyini bildirir. O, bahalaşmanı tikinti və inşaat materiallarının qiymətinin artması ilə əlaqələndirir. Tikinti bazarından isə bildirilir ki, aprel ayından bəri canlanma var. Fərdi ev inşa etmək istəyənlər indi daha çoxdur. Taxta, sement və armatur kimi tikinti materiallarına tələbat yüksəkdir.  İnşaat materiallarının qiymətinə gəlincə... Əmlakçılar havalar soyuduqdan sonra mənzil bazarında canlanmanın yaşanacağını proqnozlaşdırır.