Onlar üçün sonuncu zəng çalındı

15 2017 21:13

Röyal Məmmədov bir vaxtlar təhsil aldığı Gülovşə kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Yeddi ildir sinif rəhbəri olduğu şagirdlərin bu gün son zəngidir. Mərasimdə iştirak edən valideynlər övladlarına qədəm qoyduqları yeni həyat yollarında uğurlar arzulayıblar. Bu illər ərzində 11-cilər daha çox dəcəllikləri ilə yadda qalıb. İmişli və Kürdəmirdən olan məzunlar üçün də sonuncu zəng çalınıb. Müəllimlər orta məktəb həyatına əlavida deyən məzunlara uğurlar arzulayıb. Bildirək ki, bu il Yevlaxda 1062 şagird, Kürdəmirdə isə 955 şagird orta məktəbi bitirir.