Pambıq normal bitiş alıb

16 2017 11:56

Ucar rayonun Təzə Şilyan kəndindən olan fermer Sadiq Yusifov bu il 20 hektar sahədə pambıq bitkisi əkib. Çiyid keyfiyyətli olduğundan və aqrotexniki qulluq aparıldığından normal bitiş əldə edilib. Ağdaşda da fermerlər pambığın çıxışndan razıdır. Hər hektara 15-20 sentiner məhsul əldə olunacağı proqnozlaşdırılır. Mütəxəsislər isə bildirir ki, ziyanvericilərə qarşı görülən tədbirlər öz bəhrəsini verir. Bildirək ki, bu il Ağdaşda 3000, Ucar rayonunda isə 1700 hektar sahəyə çiyid səpilib.