Yüksək məhsuldarlığı olan toxumluq taxıl biçilib

16 2017 11:59

Kürdəmirdə Şirvan və digər bölgələri toxumluq taxılla təmin etmək məqsədilə məhsul yetişdirilib. Bu il təbiət şıltaqlıq etsə də yaxşı nəticənin əldə olunmasına şübhə qalmır. Məhsuldarlığın elə ötənilki səviyyədə olacağı proqnozlaşdırılır... Kürdəmirdə yüksək reproduksiyalı toxumluq taxılın biçininə başlanılıb. Əldə ediləcək məhsul ölkəmizin bəzi bölgələrinin taxıl toxumuna olan tələbatını ödəmək üçün nəzərdə tutulub. Bu il 410 hektar sahədə əkilən toxumlar əsasən Elmi Tədqiqat Əkinçilik İnstitutunun yerli sortlarıdır. Bunun 166 hektarını buğda, yerdə qalanını isə arpa təşkil edir. Ötən il bu sortların əkildiyi bir hektar sahədən 30-33 sentiner məhsul götürülüb. Bu il də məhsuldarlığın yüksək olacağı bildirilir.