Bu kəndlərin sakinləri sevinir

16 2017 12:07

Göyçayın 15 kəndinin sakinləri indi rayon mərkəzinə daha asan şəkildə gedib-gələ biləcəklər. Rayona yeni avtobuslar gətirilib... Göyçay rayonuna 10 ədəd yeni avtobus gətirilib. Ayın sonuna kimi daha 7 avtobusun gətiriliməsi də nəzərdə tutulur. Kəndlərin sakinlərinin rayon mərkəzinə gediş-gəlişini asanlaşdıracq yeni avtobuslar 23 yerlikdir. Avro 4 standartlarına uyğun olan avtobuslar, həm də ekoloji cəhətdən əhəmiyyətlidir. Sakinlər deyir ki, əvvəlki avtobuslar 1965-1980-ci illərin istehsalı olduğundan onlar istismar müddətini başa vurub. Sabahdan etibarən avtobuslar xəttə buraxılacaq. Yeni avtobuslardan Göyçayın İnçə, Alpoud, Qarabaqqal, Bığır, Şəhadət, Ləkçıplaq, Mırtı, Şəkər, Kürdşaban, Kürdəmiş, Potu, Çərəkə, Çaxırlı, Qızılağac, Xəlitli kəndlərinin sakinləri isitifadə edə biləcək.