Nasos stansiya tikilir

21 2017 17:06

Kürdəmirdə əkin sahələrinin genişləndirilməsi suvarmaya olan tələbatı da artırıb. Bununla əlaqədar əlavə nasos stansiyaların və qurğuların tikintisinə diqqət artırılıb. Hazırda rayonda pambığın birinci suvarması gedir... Kürdəmir rayonunun Ərəbxana kəndində yeni nasos stansiya inşa olunur. Yeni nasos stansiyasının inşasına bu ilin aprelindən start verilib. Hazırda tikinti işlərində 15 texnikanın imkanlarından istifadə olunur. Kənd sakinləri bildirir ki, suvarma çətinliyinin olmaması əkin sahələrini genişləndirməyə imkan verib. Elə bu səbəbdən də ötən illə nisbətdə daha geniş sahədə pambıq əkiblər. Mollakənd Mexaniki Suvarma İdarəsinin baş mühəndisinin sözlərinə görə, hazırda 49 nasos stansiyası istismar olunur. İndi idarə 25 min 971 hektar əraziyə xidmət göstərir. İdarədən bildirilir ki, hazırda bütün diqqət pambığın birinci suvarılmasına yönləndirilib.Bildirək ki, Mollakənd Mexaniki Suvarma idarəsi Kürdərmirin Kür çayı ətrafında yerləşən 33 kəndini suvarma suyu ilə təmin edir.