Göyçayda logistik mərkəz inşa olunur.

23 2017 11:50

2 korpusdan ibarət  mərkəzdə həm meyvələrin saxlanması anbar, həm də qurudulması üçün sex fəaliyyət göstərəcək. Göyçayda logistik mərkəzin tikintisinə 2 ay öncə başlanılıb. İki korpusdan ibarət logistik mərkəz 1 hektar yarım ərazidə inşa edilir. Buradakı anbarın tutumu 2500 ton olacaq. Bundan başqa elə həmin yerdə sənaye üsulu ilə qurutma sexi də inşa ediləcək. Burada qurudulacaq meyvələr xarici bazarlara çıxarılacaq. Qurutma sexi gündəlik 5 ton məhsul istehsal etmək gücündə olacaq. Göyçayda tikilən logistik mərkəzdə əsasən bu rayonda yetişən xurma, nar, armud və digər məhsullar saxlanılacaq. İnşasının sentyabrın ortalarında başa çatdırılması nəzərdə tutulan anbarın imkanlarından Göyçayla yanaşı ətraf rayonların sahibkaları da faydalana biləcək.