Pambıq üçün təhlükə varmı?

23 2017 11:55

İmişlidə əkilən pambıq sahələrindən bu il hər hektara görə 45 sentinerə yaxın məhsul gözlənilir. İndi hədəfdə normal bitiş alan pambıq bitkisinə zərər vura biləcək təhlükənin aradan qaldırılmasıdır. Bəs bu təhlükə nədən ibrətdir? Bunu süjetmizdən biləcəksiniz. Yaxın bir neçə gün ərzində İmişlidə pambıq bitkisi üçün təhlükəli olan ziyanvericilərə qarşı mübarizəyə başlanılacaq. Bu il rayonda 11 min hektardan artıq ərazi əkin dövriyəsinə verilib. Nəticədə suvarmaya olan tələbat da artıb. Bu məqsədlə yeni suvarma kanalları çəkilib. Yeni kanallar suyu Kür və Araz çaylarından götürür. Fermerlər bitkinin hazırki durumunu qənaətbəxş kimi qiymətləndirirlər. Həm də yüksək məhsul gözlənilir. Onu da bildirək ki, ötən illə müqayisədə bu il İmişlidə 15 640 hektardan artıq ərazidə pambıq əkilib.