Mingəçevirdən olan idmançıların uğuru

23 2017 12:08

Gəncə Olimpiya İdman Klubunun kikboksinq üzrə açıq birinciliyi keçirilib. Yarışda Mingəçevirdən olan idmançılar da qüvvələrini sınayıb. Birinciliyə 40 kikboksinqçi ilə qatılan nur şəhərinin təmsilçilərinin qazancı 25 medal olub. Qazanılan medalların əyarına görə Mingəçevir komandası ümumi hesabda ilk yerin sahibi olub. Mingəçevirdən olan kikboksinqçilər iyul ayında Gəncədə təşkil ediləcək Azərbaycan kubokunda da qüvvələrini sınayacaqlar. Yarışa geniş heyətlə qatılacaq idmançıların əsas məqsədi bu mötəbər turnirdə uğurlu nəticə qazanmaqdır. Qeyd edək ki, respublika kubokunda yüksək yer tutan idmançılar milli komandanın heyətinə cəlb olunacaq. Millimizlə birgə bir sıra beynəlxalaq turnirlərdə iştirak edəcək.