Küçələrdə və fərdi evlərin həyətlərində su

23 2017 12:15

Gecədən yağan yağış Kürdəmirdə bir sıra problemlər yaradıb. Yağış suyu rayonun bəzi küçələrində gediş-gəlişə mane olub. Sakinlər alternativ küçələrdən istifadə etmək məcburiyyətində qalıb. Yağış əsasən Bakı prospekti, Mirzağa Əliyev, Abasquluağa Bakıxanov və digər küçələri keçilməz edib. Evlərin həyətləri və zirzəmiləri də su ilə dolub. Kürdəmir şəhər üzrə icra nümayəndəsi İlqar Salmanov ARB Tv-yə bildirib ki, yağış normadan artıq yağdığına görə belə bir hal baş verib. İcra nümayəndəsinin sözlərinə görə, hazırda yağış suyunun küçələrdən çəkilməsi istiqamətində işlər davam edir.