Ermənilərin növbəti murdar əməli

10 Oktyabr 2017 20:44

Ermənilərin Tərtər çayına buraxdığı lilli su təmas xəttinə yaxın ərazilərdəki əkin sahələrinə ziyan vurur. Torpağın strukturu dəyişir, bitkilərdə məhsuldarlıq aşağı olur. Həm də ermənilərin suyu tələbatın daha az olduğu bir vaxtda çaya açması fermerlərə fayda gətirmir. Təsərrüfat işləri ləngiyir. Mütəxəssislər bildirir ki, sahələrdə yığılıb qalan lil torpağın strukturunu pozur. Münbit qat zədə alır. Ermənilərin 110 gün ərzində Tərtər çayına gələn suyun qarşısını bağlı saxlaması fermerlərə həm də maddi ziyan vurur. Çəkilən zəhmət hədər gedir.