Azərbaycan narı Norveçə qədər gedib çıxacaq

10 Oktyabr 2017 20:47

Kürdəmir narı Avropa bazarlarında. Narımız Avropa bazarlarının bəzəyinə çevriləcək. Öz keyfiyyəti və standartlara uyğunluğu ilə diqqət çəkən bu məhsulun artıq yığımı aparılır. Alıcıların narın xarici ölkələrə tədarükünə Kürdəmirin Axtaçı kəndindəki bağlardan başlaması təsadüfi deyil. Hazırda məhsulun 1 kiloqramı 1 manat, 1 manat 30 qəpikdən alıcılara təklif olunur. 1 hektar ərazidə nar bağı olan Mirzə dayı deyir ki, noyabr ayında yığılacaq məhsul əsasən yerli bazarlara çıxarılacaq. Builki məhsuldarlığa gəldikdə isə... Axtaçı kənd İnzibati Ərazi dairəsinin icra nümayəndəsi Kərim Babaşovun sözlərinə görə, əldə edilən nəticə qış, yaz və yay aylarında çəkilən zəhmətin nəticəsidir. Kürdəmirdə ümumilikdə 5000 hektar ərazidə nar bağı mövcuddur. Bunun əsas hissəsi Axtaçı ilə yanaşı Sığırlı, Muğanlı və digər kəndlərin payına düşür.