Kirayə evlərin qiyməti niyə aşağı enmir?

11 Oktyabr 2017 16:35

Mingəçevirin kirayə mənzil bazarında təklif çox, tələb azdır. Tələbatın az olması qiymətlərə təsir göstərmir. Əmlakçı Aydın Heydərov deyir ki, kirayə mənzillərin qiyməti dəyişmir. Kürdəmirdə kirayə ev axtaranlar azalsa da qiymət yüksəlir. Vətəndaşlar kirayə seçimində nisbətən fərdi evlərə üstünlük versələr də tələbat məsələsində vəziyyət olduğu kimi qalır. İqtisadçılar durumun belə davam etməsini bazar qanunları ilə əlaqələndirir. İqtisadçılar tələbatın azalması fonunda qiymətlərin hələ bir müddət bu cür davam edəcəyi qənaətindədirlər.