Bu il buğdaya üstünlük verəcəklər

11 Oktyabr 2017 16:40

Mərkəzi Aran rayonlarında taxıl səpininə başlanılıb. Təsərrüfatçılar 2018-ci il üçün əkilən sahələrdən hər hektara 38-40 sentiner məhsul götürməyi planlayır. Təsərrüfatçı Qalası Məmmədov deyir ki, səpin üçün daha məhsuldar arpa sortları seçiblər. Ötən illə nisbətdə əkin sahəsini 45 hektar genişləndirən fermer lazım olan ehtiyatların toplandığını bildirir. Təsərrüfatçılar deyir ki, bu il taxıl əkini zamanı buğdaya üstünlük verəcəklər. Kürdəmirin hazırda daha çox taxıl səpini aparılan kəndləri isə Köhünlü, Pirili, Muradxan, Yenikənd, Sığırlı, Karrardır. Ötən il 39 min 360 hektar sahədə səpin aparan fermerlər bu göstəricini 45 minə hektara çatdırmağı nəzərdə tutublar.