Sakinlər müayinə olunub

11 Oktyabr 2017 16:47

Yevlaxda süd vəzi xərçəngi və prostat vəzi xəstəliklərinin müayinəsinə başlanılıb. Rayon sakinləri bu imkanlardan asanlıqla faydalana bilər. Yevlax sakini 51 yaşlı Sevda Həsənova 9 ildir ki, süd vəzində ağrıların olduğunu deyir. Son 3 ildə isə bu ağrılar qollarına da keçib. Yaranan problemin ciddi xəstəliklər yaradacağından narahat olan rayon sakini Milli Onkologiya Mərkəzinin Səyyar Mobil Diaqnostik mərkəzində müayindən keçdi. Burada həmçinin rentgen, laboratoriya, ultrasonoqrafiya, ginekologiya və prostat vəzi xəstəliklərinin müayinəsi aparılır. Əhalinin sağlamlığının qorunması, eyni zamanda xəstəliklərin erkən aşkarlanması əsas məqsəd hesab olunur. Yevlax şəhərində Səyyar Mobil Diaqnostik Mərkəzi vasitəsilə müayinələr üç günlük nəzərdə tutulub.