Universitetdə elektron təhsil

10 Noyabr 2017 17:46

Mingəçevir Dövlət Universiteti yeni elektron rəqəmsal sistemə qoşulur. Yeni sistemin tətbiqi üçün "Neuron Technologies" şirkəti ilə müqavilə də bağlanıb. Müəllim və tələbələr üçün yeni imkanlar açılacaq. Universitetin müəllim və tələbə heyətinin elektron bazası formalaşdırılacaq. Burada tələbənin davranışları, qiymətləri, eləcə də kafedra və dekanlıqların gündəlik işinin təşkili öz əksini tapacaq. Yeni sistem Universitetdə tədrisin keyfiyyətinin yeksəldilməsinə öz tövfəsini verəcək. Bildirək ki, bu sistem ölkəmizin bir sıra universitetlərində artıq müəyyən müddətdir tətbiq olunur.