Məktəblilər yol polisi kimi

13 Noyabr 2017 16:31

Ağdaş Dövlət Yol Polisi bölməsinin əməkdaşları şagirdlərlə bir araya gəliblər. Məktəblilər yol polisi kimi çıxış ediblər. Məktəblilər yol polisi geyimində sürücülərə dayan əmri verərək onların yol hərəkəti haqqında biliklərini yoxladılar. Sürücülər barədə fikir formalaşdırdılar. Şagirdlərlə birgə belə tədbirlərin keçirilməsinin sürücülər  üçün əhəmiyyətli olduğu bildirilir. Bu cür tədbirlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulub.