Elektron ticarətə maraq artıb

13 Noyabr 2017 16:46

Yevlax sakini Ceyhun Məmmədov deyir ki, elektron ticarətdən rahatlıqla faydalanmaqla həm də sifariş etdiyi məhsulu vaxt itirmədən ala bilir. İstifadəçi bu ticarət növünü nəğd alış- verişdən üstün tutur. Ceyhun kimi onlayn alış-verişin əhəmiyyəti ilə razılaşanlar bildirir ki, müəyyən məqamlarda bu ticarət vasitəsindən sui-istifadə edənlər olur. Ona görə də bəzən onlayn ticarətə inam azalır. Mütəxəsislər deyir ki, internetdən istifadə hallarının artması  elektron ticarətə də marağı artırıb. İnternet üzərindən ticarətin aparılması həm vətəndaşlara seçim imkanı verir, həm də onları əlavə xərclərdən azad edir. Ekspertlər bildirir ki, internetdə təhlükəsizlik sistemləri gücləndirilməlidir. Eyni zamanda əhali arasında maarifləndirmə işləri də aparılmalıdır.