İdmançımız fəxri kürsünün ilk pilləsində qərar tutub

13 Noyabr 2017 16:52

Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftinq idman növü üzrə dünya çempionatı keçirilib. Mundialda 10 nəfərlik heyətlə çıxış edən Azərbaycan yığması ümumi komanda hesabında dünya ikincisi olub. Yığmanın heyətində Mingəçevirdən olan idmançı Rövşən Xəlilov da mübarizə aparıb. 75 kiloqram çəki dərəcəsində yarışan Rövşən bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq dünya çempionu adını qazanıb. O medal və diplomla mükaftalandırılıb. Qeyd edək ki, Rövşən Xəlilov Mas-Vrestlinq və Pauerliftinq üzrə 17 qat Azərbaycan çempionu, pauerliftinq üzrə Avropa çempionu və Azərbaycan rekordçusudur.