Əkiz balalar alınıb

13 Noyabr 2017 16:59

7 ildir heyvanlarının cins tərkibini yaxşlaşdırmaq üçün süni mayalanmadan istifadə edən Qəhrəman Hüseynovla yanaşı Bərdə rayonundakı başqa təsərrüfatçılar da nəticənin effektli olduğunu deyir. Süni mayalanma texnikləri bidirir ki, təsərrüfatçılar həm ətlik, həm də südlük məqsədli heyvanların əldə olunmasında maraqlıdır. Əkiz balaların alınması isə heyvandarlıq üçün xüsusilə əhəmiyyətli hesab edilir. Bərdə rayon Kənd Təsərrüfatı İdarəsindən isə bildirildi ki, ilin əvvəlindən bu yana süni mayalanma nəticəsində 3150 baş buzov alınıb. İdarədən o da deyildi ki, bu üsulla balaların alınması həm də heyvanların bəzi xəstəliklərdən qorunmasına şərait yaradıb. İdarənin aparıcı məsləhətçisinin sözlərinə görə, alınan nəticələr süni mayalanmaya olan marağı daha da artırıb.