Nar meyvələri qəribə halda

13 Noyabr 2017 21:08

Tərtər rayonundan olan fermer Eldəniz Əliyev 5,5 hektar sahədə nar bağı salaraq becərmə işi aparıb. Lakin müsbət nəticəyə nail olmayıb. Bağban deyir ki, ötən il 10-12 ton nar yığdığı bağda indi göstərici aşağıdır. Qarabağ Elmi-Tədqiqat bazasının alim-aqronomu Məhəmməd Şirinov deyir ki, ağaclarda meyvələr olsa da zədəlidir. Mütəxəssis belə bir faktla ilk dəfədir rastlaşdığını bildirir. Tərtər rayon Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik sektorundan isə nar bağlarında məhsuldarlığın aşağı olmasının digər səsəbini suvarma ilə əlaqələndirirlər. İdarə rəsmisinin sözlərinə görə, bu il Tərtər rayonu ərazisində 1,5 hektar sahədə nar bağı salınıb. Ümumilikdə isə 124,3 hektarda nar ağacları becərilir. Bunun da 117,8 hektarı bar verən bağlardır.