https://youtu.be/dpVQ9G81y0s

Tütün qurudan kameralara...

25 Noyabr 2017 11:22

İsmayıllıdan olan sahibkar Əvəz Nəbiyev deyir ki, rayonun kəndlərində əkilən tütünün sənaye üsulu ilə qurudulmasına ehtiyac var. Sahibkar hesab edir ki, əgər tütünü qurutmaq üçün lazımi avadanlıqlar quraşdırılarsa, bu sahənin inkişafına təkan olar. İsmayıllı sakini Lətifə Əliyeva isə bir müddət öncə rayonda xalçaçılıq müəssisəsinin yaradılması təklifi ilə çıxış edib. Rayon sakini deyir ki, təklifinin nəticəsi olub. Rayonda tikiş fabriki inşa edilib. Lətifə Əliyeva bildirir ki, müraciəti elə bu tikiş fabrikinin vergi məsələsi ilə bağlıdır. Vergilər naziri Fazil Məmmədov Ağdaşda bu rayonla yanaşı Göyçay, Qəbələ, Oğuz və İsmayıllıdan olan vətəndaşları dinləyib.  Görüşdə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlərlə və başqa məsələlərlə bağlı müraciətlər olub. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşlarla görüşüb. Nazir Zərdab, Ucar, Göyçay, Kürdəmir sakinlərinin və həmin rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərin müraciətlərini dinləyib. Fövqəladə hallar naziri müraciətlərin operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib. Bəzi məsələlər yerindəcə öz həllini tapıb.