https://youtu.be/dpVQ9G81y0s

Autizm və daun sindromlu uşaqlar...

27 Noyabr 2017 17:41

Kürdəmirdə autizm və daun sindromlu uşaqlar üçün reabilitasiya mərkəzi açılıb. 65-ə yaxın sindromlu uşaq mərkəzdə müalicə alır. Mərkəzdə əqli və fiziki inkişafında ləngimə olan kiçik yaşlı uşaqlara müxtəlif bacarıqlar mənimsədilir. Hazırda belə mərkəzlər ölkəmizin 10 rayonunda fəaliyyət göstərir. Məşqlər fərdi və qrup şəklində keçirilir. İdman və rəsm dərnəkləri yaradılıb. Bu işdə könüllülər də yaxından iştirak edir. Valideynlər deyir ki, xidmətlərdən pulsuz istifadə edirlər. Qeyd edək ki, ətraf rayonlardan olan sindromlu uşaqlar da reabilitasiya mərkəzində müalicə ala bilərlər.