https://youtu.be/dpVQ9G81y0s

1000 ədəd ərik ağacı əkilib

27 Noyabr 2017 17:44

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Beyləqanda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Beyləqanın Aşıqalılar kəndində 2 hektar ərazidə 1000 ədəd ərik ağacı əkilib. Salınan meyvə bağları şəhid və aztəminatlı ailələrin arasında bölünərək onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr meyvə bağlarından yığılacaq məhsulu satmaqla gəlir əldə edə biləcəklər. Bununla da maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar. Meyvə bağınının salınmasında Beylaqan rayon ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri də könüllü olaraq iştirak edib. Ağaclar əkildikdən sonra xüsusi hazırlanmış tarla düşərgəsində aksiya iştirakçılarına Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin kollektivinin hazırladığı konsert proqramı təqdim olunub.