https://youtu.be/dpVQ9G81y0s

Atlarda xəstəlik yoxdur

04 Dekabr 2017 11:31

Atlar güclü heyvanlar olsa da, bəzi xəstəliklər bu canlıları məhv edə bilər. Təsərrüfatçılar heyvanları məhz belə xəstəliklərdən qorumaq üçün vaxtında görülən tədbirlər və düzgün yemləmənin əhəmiyyətli olduğunu bildirirlər. Atlar nadir hallarda xəstələnən heyvandır. Lakin vaxtında lazımi tədbirlər görülməzsə, xəstəlik bu heyvanları öldürə bilər.  Laçın rayonunun Mişni kənd sakini Osman Həsənov uzun illərdir ki, təsərrüfatında müxtəlif at cinsləri bəsləyir. Deyir ki, atlarda ən çox Qurd, Saqqo və Manqo xəstəliklərinə rast gəlinir. Qurd xəstəliklərinə şoran ərazilərdə daha çox rastlanır. Təsərrüfatında hər gün atdan istifadə edən Bəhram Həsənov deyir ki, bu təkdırnaqlıları əsasən soyuqdan qorumaq lazımdır. Təsərrüfat sahiblərinin sözlərinə görə, hazırda atlar arasında təhlükə yaradan xəstəliyə rast gəlinmir.