https://youtu.be/dpVQ9G81y0s

Relslər yenilənir

04 Dekabr 2017 11:43

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Karrar-Kürdəmir mənzilində əsaslı təmir işləri aparılır. Relslərin dəyişdirilərək yenilənməsini

5 saylıİxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Xatırladaq ki, 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Saziş Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmirini nəzərdə tutur. Bu günə kimi dəmir yolunun 406 kilometri əsaslı təmir olunub.