https://youtu.be/dpVQ9G81y0s

Ermənilər iç üzlərini gizlətməyə çalışıb

04 Dekabr 2017 11:53

Ermənilərin ərazi iddialarını ifşa edən bu abidənin qalıqları hazırda Tərtər rayonunun Şıxarx qəsəbəsində qorunub saxlanılır. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı sübut olan “Marağa-150” abidəsi mühüm siyasi əhəmiyyətə malikdir. Türkmənçay müqaviləsindən sonra ermənilər İran Marağasından Qarabağa köçürülür. Ermənilər 1978-ci ildə köçürülmələrinin 150 illiyi münasibətilə “Marağa-150” abidəsini inşa edirlər. Ermənilər çay daşlarından inşa etdikləri abidəni qəsdən dağıtmaqla Dağlıq Qarabağa köçürülmə olduqlarını sübut edən dəlilin yox edilməsinə çalışıblar. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Erməni yalanını ifşa edən bu abidə ölkəmizə səfərə gələn insanlara, o cümlədən səfirlərə, xarici mətbuat nümayəndələrinə göstəriləcək.