https://youtu.be/dpVQ9G81y0s

Yeni yol istifadəyə verilib

04 Dekabr 2017 12:02

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu tam olaraq sürücülərin ixtiyarına verilib. Xüsusi əhəmiyyət daşıyan yol sakinlərin gediş-gəlişini asanlaşdırıb. Uzunluğu 29.5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 8 metr olan yol iki zolaqdan ibarətdir. Yolda müxtəlif diametrli suötürücü borular və 14 avtobus dayanacağı da inşa edilib. Əsaslı təmirdən sonra istifadəyə verilən yol buradan mütamadi olaraq istifadə edənlərin gediş-gəlişini asanlaşdırıb. Yol üzərində işıq dirəkləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Yolun İncəçay çayı üzərindən keçən hissəsində uzunluğu 34,8 eni isə 10,5 metr olan körpü salınıb.