https://youtu.be/dpVQ9G81y0s

Arıçılar məhsullarını xaricə çıxara biləcəklər

05 Dekabr 2017 17:53

Təmas xəttinə yaxın ərazidə yaşayan arıçılar öz məhsullarını xarici bazarlara çıxarmaqda çətinlik çəkməyəcəklər. Artıq bunun yolu arıçılara məlumdur. Amma arıçıları hələ də narahat edən məqamlar var. Artıq arıçılar öz məhsullarını xarici bazarlara çıxarmaqda çətinlik çəkməyəcəklər. İnternet üzərindən qeydiyyatdan keçməklə arı məhsullarını xarici bazarda sata biləcəklər. Tərtər rayon Kənd Təsərrüfatı İdarəsinin heyvandarlıq sektorunun müdiri Tural Həsənovun sözlərinə görə, təklifləri Kənd Təsərrüfatı Nazirliyinə çatdırılacaq. Arıçılar deyir ki, əgər təklifləri nəzərə alınarsa bu arıçılığın inkişafında təkan olar.