https://youtu.be/dpVQ9G81y0s

Azərbaycanda Sənaye Məhəllələrinin sayı artırılır

05 Dekabr 2017 18:00

Sabirabadda yaradılan sənaye məhəlləsi iyirmi hektar ərazini əhatə edir. Sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, eyni zamanda kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır. Sabirabad rayonunun baş memarının sözlərinə görə, gələcəkdə Sənaye Məhəlləsinin ərazisi genişləndirilə bilər. Sənayə məhəlləsində 150 nəfərin işlə təmin olunması da nəzərdə tutulur. Masallı və Hacıqabulda da Sənaye Məhəlləsi yaradılacaq. Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə gələn ilin yanvarından başlanılacaq. Burada istehsal ediləcək məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.