https://youtu.be/dpVQ9G81y0s

O, ömrünü torpağa həsr edib

06 Dekabr 2017 20:05

1947-ci ildə Kürdəmirdə dünyaya göz açan Sevil Osmanova dövrünün tanınan əmək adamı, məşhur pambıqçısı olub. Ömrünün böyük bir hissəsini tarlalarda pambıq becərməyə həsr edən Sevil Osmanova 1973-cü ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. “Əlaçı pambıqçı” və digər mükafatlara layiq görülüb. Dəfələrlə Moskvada təşkil edilən sərgilərin iştirakçısı olan  əmək qəhrəmanın qəhrəmanlığı ölkəmiz müstəqillik qazandıqdan sonra da yüksək qiymətləndirilib. 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Pambıqçılığa diqqətin artırılması Sevil Osmanovanı yenidən ağ qızıl tarlalarına qayıtmağa həvəsləndirib. Kürdəmir ictimaiyyəti əmək qəhrəmanının 70 illik yubileyini elə bir vaxtlar təhsil almağa başladığı 6 saylı tam orta məktəbdə qeyd edir. Yubliyarın əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Həyat və əmək fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.