Kitabı harada nəşr etdirək?

06 Dekabr 2017 20:17

Bölgələrdə kitab nəşri üçün müasir tələbələrə cavab verən poliqrafiya müəssisələrinə ehtiyac yaranıb. Mövcud poliqrafiya müəssisələri isə az tirajla kitab nəşr etdirmək istəyən yazarlardan sifariş almaq marağında deyil. Bölgələrdə fəaliyyət göstərən yazıçılar kitablarını nəşr etdirmək üçün paytaxt Bakıya üz tuturlar.  Məsələn, Mingəçevirdən olan yazıçı İsmayıl İmanzadə deyir ki, 37 ildir müəllifi olduğu kitabları bu qaydada nəşr etdirir. Müəllif deyir ki, indi bölgədəki köhnə poliqrafiya müəssisələrində müasir tələblərə cavab verən kitablar nəşr etdirmək çətindir. Səbəb isə müasir avadanlıqların azlığıdır. 60 ildir fəaliyyət göstərən Mingəçevir Poliqrafiya Müəssisəsinin rəhbəri Dilqəm Yusifov yazıçının fikri ilə razılaşır. Müəssisə rəhbəri mətbəəyə kitab nəşr etdirmək üçün gələnlərin sayının az olduğunu deyir. Bildirək ki, Mərkəzi Aran rayonlarında 4 Poliqrafiya Müəssisəsi fəaliyyət göstərir. Onlardan 2-si qəzet və jurnal, digər 2-sində isə qəzet-jurnalla yanaşı kitab da nəşr etdirmək mümkündür.