Çətinlik geridə qalır

07 Dekabr 2017 15:55

Beyləqanın İmamverdililər kənd sakinlərinin içməli su çətinliyi yaxın zamanda öz həllini tapacaq. Kənd sakinləri içməli suyu 12 bulaqdan götürəcək. Əkin sahələrinin su problemi isə artıq aradan qaldırılıb. Beyləqanın rayon mərkəzindən 45 kilometr uzaqlıqda yerləşən İmamverdililər kəndinin sakinləri bu vaxtadək təkcə suvarma suyu deyil, içməli su sarıdan da çətinlik çəkiblər. Uzun illər içməli suyu quyulardan, su maşınlarından eləcə də kəndin yaxınlığından keçən su kanalından götürüblər. Artıq bu problem öz həllini tapmaq üzrədir. Artıq kənddə içməli su xətləri çəkilib, nasosxana və bulaqlar inşa edilib. Tezliklə içməli suyun verilməsi nəzərdə tutulur. İmamverdililər kəndinin əkin sahələrində də canlanma müşahidə olunur. Buna səbəb sahələri suvarma suyu ilə təmin edən qurğunun yenilənməsidir. Kənd ərazisindəki 1000 hektara yaxın əkin yeri rahatlıqla suvarılır. Qeyd edək ki, kəndə verilən içməli sudan 1300-dən artıq sakin fasiləsiz istifadə edə biləcək.