Ağsuda reyd keçirilib

07 Dekabr 2017 16:00

Reyd zamanı qaydaları pozan 100-ə yaxın avtonəqliyyat vasitəsinin sürücüsü saxlanıldı. Törətdikləri qayda pozuntularına haqq qazandırmağa çalışan sürücülər də oldu. Avtomobillərin arxa və yan şüşələrinə görməni məhdudlaşdıran pərdə və plyonkalar vuran sürücülər saxlanıldı. Bundan başqa təhlükəziklik kəmərindən istifadə etməyən, avtomobildə əlavə konstruksiya dəyişikliyi edən,  ötmə əməliyyatın düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edənlərə də rast gəlindi. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə qarşı ciddi tədbirlər görüldü. Reyd zamanı yol hərəkəti qaydaları barədə məlumatı az olan sürücülər maarifləndirildi. Reydlərin bu ilin sonuna qədər mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.