Səfir razılıq bildirir

07 Dekabr 2017 16:02

Alman əsirləri 20-ci əsrdə Mingəçevirdə olarkən insanlar onlara diqqət və qayğı ilə yanaşıblar. Əsirlərin dəfn olunduğu məzarlıq da qorunaraq saxlanılıb. Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Mingəçevirdəki alman məzarlığının mövcud durmundan razıdır.  Səfir bunu xalqımızın 911 nəfər alman əsirinə hörməti kimi dəyərləndirir. Diplomat bildirir ki, məzarlıqda uyuyan əsirlərin yaxınları buraya baş çəkən zaman yerli sakinlərlə görüşüblər. Məhz sakinlərin sayəsində qəbirlərin üzərində ad və soyadları qeyd olunan əsirlər barədə ətraflı məlumat alıblar. Səfir əsirlər barədə “Alman əsirlərinin tarixi” kitabında da zəngin məlumatların yer aldığını deyib.