Qurdbasarlar təhlükədən xilas edilib

07 Dekabr 2017 16:07

Ağdamın cəbhəyanı kəndlərində yerli it cinslərindən olan qurbasarlarının sayının artırılmasına başlanılıb. Nəsli kəsilmək üzrə olan heyvanlar təhlükədən xilas edilib. Cəsarət Həsənov qurdbasarların nəslinin kəsilmək üzrə olduğunu öyrəndikdən sonra bu heyvanların qorunması üçün həyəcan təbili çalıb. 2000-ci ildə qeydə alınan 20 qurdbasarın sayı 200-ə qədər artırılıb. Qurdbasarların boy və çəki standartları müəyyənləşdirilib. Hazırda 70-ə qədər belə itdən sayının artırılması üçün seleksiya məqsədilə istifadə edilir. Qurdbasarlar təsərrüfatçılara sənədləşmə yolu ilə tam pulsuz verilir. Amma öncə itlərin saxlanacağı şərait dəqiqləşdirilir. Digər cinslərlə qarışmamasına nəzarət olunur.  Risqdən xilas olunan qurdbasarların sayının 2 minə çatdırılması nəzərdə tutulur. Bu itlərin pasportlaşdırılmasına da başlanılacaq.