https://youtu.be/dpVQ9G81y0s

Bu yemək unudulur

11 Dekabr 2017 16:09

Keçmişdə köçəri həyat sürən tərəkəmələr ən əziz qonaqlarına bu yeməkdən bişirərdilər. Tarixdən süzülüb gələn mətbəx nümunəsi getdikcə yaddan çıxır. Tərəkəmə həyatı sürən Sabir Kamranov deyir ki, xırdabuynuzlu heyvanın quyruq, qara ciyər və beyinindən hazırlanan bu yemək insanın tez-tez acmasının qarşısını alır. Əliyar dayı deyir ki, bağır-beyin getdikcə unudulur. Onun bişirilmə qaydasını yalnız orta və yaşlı nəslin nümayəndələri bilir. Tərəkəmələr deyir ki, gələcəkdə tamamilə yaddan çıxmasın deyə bu cür qədim yeməklərin qorunub saxlanılması üçün maarifləndirməyə ehtiyac var.