https://youtu.be/dpVQ9G81y0s

Logistika mərkəzləri ölkənin ixrac potensialını artırıb

11 Dekabr 2017 16:15

Ölkəmizdə logistik mərkəzlərin sayı artırılır. Təkcə Göyçay rayonunda hazırda 2 belə logistik mərkəz fəaliyyət göstərir. Bu mərkəzlərin tikintisi dövlətin güzəştli kreditləri hesabına başa gəlib. Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətovun sözlərinə görə, hazırda sahibkarlar ölkə ərazisində ümumi tutumu 333 min ton olan 51 logistik mərkəzdən istifadə edirlər. Şöbə müdiri deyir ki, bu mərkəzlər ixrac potensialını artırmağa imkan verir. Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara karbon və plastik taranın qablaşdırılması üçün fabrikin, istixanalar üçün şitil təsərrüfatlarının yaradılmasını təklif edir. Qeyd edək ki, Göyçayda təşkil edilən işgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 4,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, əkinçilik, aqroparkın yaradılması, tikinti materiallarının istehsalı və başqa sahələrin inkişafına yönəldiləcək.