https://youtu.be/dpVQ9G81y0s

Hemodializ xəstələrinin sayı artıb

11 Dekabr 2017 16:18

Böyrək çatışmazlığından əziyyət çəkən insanların sayı artıb. Həkimlər bu xəstəliyin bir az da cavanlaşdığını bildirir. Kürdəmirdə 2015-ci ildən hemodializ olan Alı Babayev kimi daha 22 nəfər şəxs bu xəstəlikdən əziyyət çəkir. Rayon Mərkəzi Xəstəxanasında həftədə 3 dəfə dializ olunan 32 nəfərdən 6-sı Ucardan, 3-ü isə Zərdabdan gəlir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsinin müdiri Səadət Şirəliyeva deyir ki, əvvəllər belə xəstələrin sayı az olsa da sonradan artıb. Hətta xəstəlik cavanlaşıb. Həkim bildirir ki, şəkərli diabet, böyrək daşı olan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. 5 mərhələdən ibarət olan xəstəliyin elə ilk mərhələsində qarşısını almaq mümkündür. Şöbə müdirinin sözlərinə görə, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dializ almaq üçün hələ növbəsini gözləyən insanlar da var.