https://youtu.be/dpVQ9G81y0s

Nəhayət, Qarabağ...

15 Dekabr 2017 11:37

25 illik fasilədən sonra Ağdamda yenidən Qarabağ xalçaları toxunacaq. Azərxalça Açıq Səmdar Cəmiyyətinin Ağdam xalçaçılıq filialı fəaliyyətə başlayıb. Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Ağdamın Quzanlı qəsəbəsindəki filialı üçün yeni bina inşa edilib. Xalçaların toxunması üçün hələ ki 43 dəzgah quraşdırılıb. Gənclərlə yanaşı vaxtilə Ağdam xalça sexində çalışan toxucular da filiala cəlb olunub. Sex rəisi Ceyran Əliyevanın sözlərinə görə, Qarabağ çeşnilərinin toxumasına üstünlük verilir. Gənc toxucular bu məqsədlə kurslara da cəlb edilir. Hazırda 80 nəfərin çalışdığı filialda işçi sayının 150-ə çatdırılması nəzərdə tutulub.