https://youtu.be/dpVQ9G81y0s

Sarımsağın ixracı artırılacaq

15 Dekabr 2017 11:39

Bu ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə malların ixracında 22 faizdən çox artım olub. Sarımsaq bu sırada yer alsa da onun payı azlıq təşkil edir. Gələcəkdə Azərbaycanın bu məhsulu daha çox ixrac edən ölkəyə çevrilməsi hədəflənib. Təsərrüfatçılar da aktiv olmalıdır. Hazırda Azərbaycan sarımsağı əsasən idxal edən ölkədir.  Ümumi ixracda da bu məhsulun payı azlıq təşkil edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramin Hüseyn deyir ki, bu məhsulun ixracının artırılması istiqamətində işlər görülür. Hazırda ölkədə becərilən sarımsağın 33 faizindən çoxu Aran İqtisadi rayonunun payına düşür. Bunun 16 faizi isə Sabirabadındır. Yaxın gələcəkdə digər rayonlar da Sabirabada çata bilər. Misal üçün, Kürdəmir rayonu... 

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ixrac üçün sahibkarlara lazımi dəstəyi göstərməyə hazırdır. Bunun üçün sarımsaq becərən təsərrüfatçıların Azexport.az portalına müraciəti kifayət edir. Ötən 11 ay ərzində ölkəmizdən xaricə 500 min ABŞ dollarına yaxın məbləğdə sarımsaq ixrac olunub. Burada əsas yeri Rusiya Fedarasiyası, cüzi miqdarda isə Qətər Əmirliyi tutur.