https://youtu.be/dpVQ9G81y0s

Kortəbii becərmənin nəticəsi

15 Dekabr 2017 11:53

Azərbaycan dünyada ən çox nar yetişdirilən 10 ölkədən biridir. Narının dadına görə isə ölkəmiz dünyada birinci yerdədir. Lakin Azərbaycanda keyfiyyətli və sağlam nar məhsullarının yetişdirilməsi üçün fermerlərin bir çox qayadaları bilməsinə ehtiyac yaranıb. Artıq bu istiqamətdə işlərə başlanılıb. Göyçayda buvaxtadək nar ağaclarının becərilməsi körtəbii şəkildə aparılıb. Düzgün aqrotexniki qullu qaydalarından xəbərsiz olan bağbanlar nəticədə məhsulların çürüyərək zay olması ilə rastlaşıblar. Artıq Türkiyədən olan müxəxəssislər bununla bağlı ölkəmizə gəliblər. Nar bağlarından sağlam və keyfiyyətli məhsul əldə etmək üçün fermerlərə bilgirlərin verilməsinə başlanılıb. Mütəxəssislər bildirir ki, fermerlər deyilənlərə əməl etsələr bağlarda məhsuldarlıq arta bilər. Xarici ölkələrə ixrac potensialı daha da artar. Hazırda ixracla bağlı bəzi ölkələrlə danışıqlar da aprılır. İndi bağbanlar eyni zamanda nar bağlarını genişləndirmək barədə də düşünürlər.