https://youtu.be/dpVQ9G81y0s

Narkomaniyaya yox

20 Dekabr 2017 10:53

Beyləqan və Füzuli rayonlarında yeniyetmə və gənclər narkomaniyaya yox deyib. Bu zərərli vərdişə qarşı daha da bilgili olmaq tövsiyə edilib. Narkomaniya bəşəriyyətin bəlasıdır. Bu yeniyetmələrin əl işlərində də öz əksini tapır. Onlar öz bacarıqlarından istifadə edərək narkotik vasitələrin insan həyatı üçün təhlükəli olduğunu bilməyənlərin də diqqətinə çatdırmağa çalışırlar. Füzuli və Beyləqan rayon Polis şöbələrindən bildirilir ki, məktəb yaşlı uşaqlarda narkotik vasitələrin zərərləri barədə təsəvvür yaratmaq, gənclərin pis vərdişlərdən kənarda qalmasını təmin etmək üçün marrifləndirmə işləri aparılır. Yeniyetmə və gənclər zərərli vərdişlərlə mübarizədə fəal olmalıdır. Yalnız düzgün təbliğatla insanlara narkomaniyanın düzgün yol olmadığını başa salmaq mümkündür.