https://youtu.be/dpVQ9G81y0s

Pomidor xaricə ixracda birinci yerdə durur

20 Dekabr 2017 10:58

2017-ci ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 35 faizə qədər artıb. Bu müddət ərzində təkcə pomidorun xaricə satışından 140 milyon Amerika Birləşmiş Ştatları Dolları əldə olunub. Xurma, fındıq ləpəsi də xaricə daha çox satılan məhsullar sırasındadır. Kürdəmirdən olan bağbanlar 2017-ci ilin meyvəçilik üçün əlverişli olduğunu bildirirlər. Təsərüfatçılar deyir ki, bağlardan toplanan məhsullar təkcə yerli tələbatın ödənilməsi üçün nəzərdə tutulmayıb. Xarici bazar da əsas ixrac hədəfi kimi götürülüb.  Bu il Kürdəmir rayonunda ötən illə müqayisədə 1,5 dəfə artıq meyvə-tərəvəz əldə olunub. Bağ və tərəvəz sahələrinin genişləndirilməsi, eyni zamanda fermerlərin xarici bazara çıxışının asanlaşması təsərrüfatçıları daha çox məhsul götürməyə həvəsləndirib. İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzindən bildirilir ki, bu il ümumilikdə ölkədəki meyvə bağları və tərəvəz əkilən sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Əsas ixrac məhsulu isə pomidor olub. Sonrakı yerlərdə digər kənd təsərrüfatı məhsulları dayanır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ilin sonuna qədər bu göstəricilərin daha d artıq olması proqnozlaşdırılır.