https://youtu.be/dpVQ9G81y0s

Mingəçəvir şəhəri ilk üçlükdədir

20 Dekabr 2017 11:04

Mingəçevir şəhəri Bakı və Naxçıvandan sonra investisya reytinqləri sırasında 3-cü yeri tutur. Bu barədə “Azərbaycanda İqtisadi İslahatlar, Nailiyyətlər və prespektivlər” mövzusunda təşkil olunan konfransda danışılıb. Bildirilib ki, Mingəçevirin bu yerdə dayanmasının səbəbi gələcəkdə istifadəyə veriləcək Mingəçevir Sənaye Parkı və şəhərə gələn turistlərin sayının artmasıdır. Müzakirələr zamanı qeyd olunub ki, “2016-2017-ci ildə Azərbaycanda aparılan islahatlar bir sıra sahələri əhatə edib. Bu tədbirlər vergi, gömrük biznes mühitinin yaxşılaşdırılması, lisenziya icazələr sisteminin təkmilləşdirilməsi və digər sahlərdə həyata keçirilib. Mingəçevirdə təşkil olunan konfransda “Azexport” portalının Bir pəncərə İxraca Dəstək Mərkəzinin əhəmiyyəti barədə videoçarxlar nümayiş etdirilib. Sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.