https://youtu.be/dpVQ9G81y0s

Doğuş zamanı növbəti ana ölümü...

21 Dekabr 2017 15:01

Bərdədə doğuş zamanı ana ölümü olub. Hadisə qeysəriyyə əməliyyatı zamanı baş verib. Bərdə rayonunun Həsənqaya kənd sakini 29 yaşlı Aygün Kamil qızı Əliyeva qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirərkən dünyasını dəyişib. Həyat yoldaşının bildirdiyinə görə o, həkimin məsləhəti ilə bu əməliyyata razı olub. Mərhumun yaxınlarının dediyinə görə, onlar Aygünün ölümündən bir neçə saat sonra xəbər tutublar. Həkimlərin bildirdiyinə görə, cərrahiyə zamanı halı pisləşən xəstəyə lazımı tibbi yardımlar götərilsə də onun həyatını xilas etmək mümkün olmatyıb. Həkimlərin sözlərinə görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.