https://youtu.be/dpVQ9G81y0s

Elektrik xətləri yenidən qurulur

23 Dekabr 2017 11:47

Beyləqan rayonunda elektrik təchizatı sistemi yenidən qurulur. Bəzi yaşayış məntqələrində artıq bu işlər başa çatdırılıb. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yenidənqurma işlərini rayonun digər ərazilərində də davam etdirirlər. Transformatorlar dəyişdirlir, elektrik naqilləri və dirəkləri təzələnir. Bu vaxtadək rayon ərazisində 28 ədəd transformator quraşdırılıb. Ümumilikdə 50 min metr uzunluğunda məsafəyə sip kabel çəkilib. 2 mindən artıq yeni dayaq basdırılıb. Həmçinin 10 kilovoltuq 80-dən çox dayaq yenisi ilə əvəz edilib. Sakinlər bildirir ki, indi bütün çətinliklər geridə qalıb. Qeyd edək ki, 2 min abonent üçün yeni smart və elektron tipli sayğaclar da quraşdırılıb. Hazırda elektrik təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər rayon mərkəzi ilə yanaşı daha 2 kənddə də davam etdirilir.