https://youtu.be/dpVQ9G81y0s

Sənətinin fədaisi

23 Dekabr 2017 12:05

Mingəçevirdə əməkdar artist Ellada Yaqubovanın yubileyi qeyd olunub. Yubliyarı təbrik edənlər onun həyat və yaradıcılığından bəhs ediblər. O, 70 illik ömrünün 50 ilini səhnəyə həsr edib. Əməkdar artist Ellada Yaqubova bugünə qədər 325 tipik obrazla müxtəlif tamaşalarda rol alıb. Əməkdar artistin Mingəçevirdə təşkil olunan yubiley tədbirinə qatılanlar aktrisanı təbrik edərək onun yorulmaz fəaliyyətindən danışıblar. Çıxış edənlər əməkdar artist Ellada Yaqubova ilə bağlı fikirlərini bölüşüblər. “ARB Aran” Televiziyasının əməkdaşları da “Tərəqqi” medallı aktrisanın yubileyini təbrik edib. Qeyd edək ki, Ellada Yaqubova ilk dəfə 1966-cı ildə Gəncə Dövlət Dram Teatrında səhnəyə çıxıb. Həmin il görkəmli rejissor Nəsif Tahirzadənin quruluş verdiyi "Ölülər" tamaşasında “Naz” rolunu ifa edib. Hazırda Mingəçevir Dövlət Dram Teatrında çalışan sənət fədaisi 2009-cu ildə Əməkdar Artist adına layiq görülüb.