https://youtu.be/dpVQ9G81y0s

Vəsait artırılacaq

23 Dekabr 2017 12:08

Gələn ildən özünüməşğulluq proqramı çərçivəsində ayrılan vəsaitin həcmi artırılacaq. Yevlax şəhər Məşğulluq Mərkəzinin sektor müdiri Elgün Əsədovun sözlərinə görə, həmin vəsait Məşğulluq Mərkəzində qeydiyyatda olan digər aztəminatlı ailələrin

fərdi təsərüfatlarını yaratması üçün nəzərdə tutulub. Qeyd edək ki, bu il Yevlaxda 16 aztəminatlı ailəyə biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar verilib. Məsələn, rayon sakini Rasimə Əsədova da rayonda dərzi kimi fəaliyyət göstərmək üçün bu layihədən yararlanıb. Usta deyir ki, onun üçün yeni tikiş avadanlıqları alınıb. Məhər Rəsulov deyir ki, tövləsi və otlaq sahəsi olsa da şəxsi təsərrüfatını qurmaqda çətinlik çəkib. Lakin sonradan aztəminatlı ailə kimi ona bu imkanlar yaradılıb. Bildirək ki, bu il Yevlaxda aztəminatlı ailələrə yaradılan özünüməşğulluq imkanı istehsal, xidmət və kənd təsərrüfatı sahələrini əhatə edib.