https://youtu.be/dpVQ9G81y0s

Kürdəmirlilər ilk dəfə kələm əkib

27 Dekabr 2017 18:43

Kürdəmirdə ilk dəfə olaraq geniş sahədə kələm bitkisi əkilib. Bitkinin əkini həm kələmin satışı ilə məşğul olanların, həm də yerli sakinlərin işini asanlaşdırıb. Ticarətçilər bunun qiymətlərə də müsbət təsir edəcəyini bildiriblər. Kürdəmirli fermerlər ilk dəfə olaraq kələm becəriblər. Təsərrüfatçılar bugünə qədər elə zənn edib ki, kələm bitkisi Kürdəmir ərazisi üçün uyğun deyil. Lakin pilot olaraq əkin işi aparıldıqdan sonra nəticə onları təəccübləndirib. Kələmin alış-verişi ilə məşğul olan ticarətçilər bildirir ki, rayon ərazisində bu bitkinin əkilməsi onların da işini asanlaşdırıb. Belə ki, indiyə qədər kələmi satmaq üçün Ağdaş, Bərdə, Ağdam və digər rayonlardan alıb gətiriblər. Lakin nəqliyyat xərclərinin baha çıxması onlara sərf etməməklə yanaşı həm də gətirdikləri kələmi sakinlərə yüksək qiymətə satmağa məcbur edib. Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilir ki, əldə olunan yüksək nəticə kələm bitkisini Kürdəmirdə də əkib becərməyin mümkünlüyünü sübut edib. Artıq bu bitki barədə yeni planlar nəzərdə tutulub. Təsərrüfatçılar bildirir ki, bu bitkiyə yaxşı qulluq göstərməklə məhsuldarlığı da artırmaq mümkün olacaq.